Milli Məclisin payız sessiyası oktyabrın 1-də öz işinə başlayacaq. Komitələr isə sentyabrın 15-dən fəaliyyətlərini davam etdirəcək. Milli Məclisdən verilən məlumata görə, bu sessiyada bir neçə yeni qanun, o cümlədən ölkə üçün vacib olan ?Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsi haqqında? qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanunlar qəbul olunacaq.