Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ALDP-nin mətbuat xidmətindən məlumat daxil olub. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət , bələdiyyə seçkilərinə hazırlıq vıə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələlər müzakirə olunub. Sonda ALDP Türkiyənin Ermənistanla sərhədlərinin açılmasıını nəzərdə tutan protokolların imzalanması ilə bağlı bəyanat qəbul edib. ALDP hesab edir ki, sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd deyil, əksinə regionda və xüsusiylə də Qarabağda birgə maraqlara cavab verir.