İki ildən yuxarıdır ki, Dövlət İncəsənət Muzeyində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Muzeyin direktoru İsrafil İsrafilov Müstəqil İnformasiya Agentliyinə deyib ki, muzey Avropa standatlarına uyğun tərzdə istifadəyə veriləcək. O ki qaldı sözügedən muzeyin dövlət səviyyəli açılış mərasiminə, İ.İsrafilovda bu barədə dəqiq məlumat yoxdur: ?Bu işlərə biz yox, Mədəniyyət və Turizm Nazirliyi cavabdehdir?.