Birləzmiz müxalifət bələdiyyə seçkilərində rəsmən birgə iztirak qərarını gələn həftə verəcək
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların liderləri gələn həftə bir araya gələcək. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən hərəkata daxil olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə verib.
İ.Ağazadə bildirib ki, bu toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, əsasən də qarşıdan gələn bələdiyyə seçkiləri müzakirə olunacaq. Bundan əlavə, Vətəndaş Hərəkatı bələdiyyə seçkilərində birgə iştirakla bağlı yekun qərar da qəbul edə bilər.
Ümid sədri onu da vurğulayıb ki, partiyalar ayrı-ayrılıqda seçkiyə hazırlıq işlərini aprır və birgə iştirakın formatın da liderlərin müzakirəsindn sonra müəyyən olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51