Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının qarşıdan gələn bələdiyyə seçkilərinə həsr olunmuş növbəti iclası sentyabrın 12-də keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov toplantıda bələdiyyə seçkilərində iştirakla bağlı bütün məsələlər detalları ilə bağlı müzakirə aparılacağını deyib. Ə.Orucov onu da vurğulayıb ki, partiya seçkilərlə bağlı bütün yerli təşkilatlara müraciət edib və namizədləri müəyyənləşdirməyi tapşırıb. AMİP yetkilisi onu da nəzərə çatdırıb ki, Siyasi Şuranın iclasında Türkiyə ilə Ermənistan münasibətləri ilə bağlı da müzakirə aparacaqlar.