Moldavanın prezidenti Vladimir Voronin gələn həftə tutduğu postdan istefa vermək fikrindədir. Müstəqil İnformasiya Agentliyinin Rusiya agentliklərinə istinadən verdiyi məlumata görə, ölkə konstitusiyasına əsasən, prezidentin səlahiyyətlərini parlamentin rəhbəri Mixay Gimp icra edəcək. Baş verənləri şərh edən ?Vzqlyad? qəzeti ekspertlərinin fikrincə, parlament koalisiyası yeni dövlət başçısının namizədliyinin irəli sürülməsiylə bağlı gizli razılığa gəliblər, əvəzində isə Voroninin partiyası hökumətdə mühüm postlar əldə edəcək. Həm də olar bilər ki, kommunistlər daimi siyasi böhrana arxalanırlar, yaxud şantaj siyasəti yürüdərək spikeri uzaqlaşdırmaq istəyirlər. ?Konstitusiya məhkəməsi cavab verməyənədək kommunist deputatlar parlamentin iclaslarında iştirak etməyəcəklər? ? bu barədə RİA ?Novosti? agentliyinə partiyadakı mənbə xəbər verib.