Oktyabr ayında İslam ölkələri turizm nazirlərinin toplantısı keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, tədbir ?Bakı-İslam Mədəniyyətinin Paytaxtı- 2009? layihəsi çərçivəsində keçirilir: ?Layihə çərçivəsində çoxsaylı tədbirlər davam edir. Sentyabrın 10-12-si ?1-ci Beynəlxalq Kitab Sərgisi? yarmarkası keçiriləcək?. İ.Hümbətov ilin sonunadək bir sıra İslam ölkələrinin mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğunu da söylədi: ?Yaxın vatlarda ölkəmizdə Mərakeş və Qətərin Mədəniyyət günləri keçiriləcək?.