ABŞ prezidenti Barak Obama Ağ Evdə müsəlmanların müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi açıb. "RİA-Novosti"nin verdiyi xəbərə görə, iftar zamanı çıxış edən ABŞ prezidenti qonaqlara onun dəvətini qəbul etdiyinə görə, təşəkkürünü bildirib: "Müsəlmanların ABŞ-ın inkişafında payı o qədər böyükdür ki, onun qısa bir nitqlə əhatə etmək mümkün deyil. Müsəlmanlar hazırda topluma çox sıx şəkildə qarışıblar. Amerika müsəlmanları biznesdə, incəsənətdə, şou-biznesdə, idmanda, elmdə, tibbdə böyük uğurlara imza atırlar. Bundan əlavə onlar əla valideyn, yaxşı qonşu və öz ölkələrinin məsuliyyətli vətəndaşlarıdırlar." Nitqinin sonunda ABŞ prezidenti bütün müsəlmanları Ramazan münasibəti ilə təbrik edib.