?Dünya tarixində iqtidarla müxalifətin birgə mitinqi yoxdur. Bunu Azərbaycanda sınaqdan keçirməyin nə manası var? Müxalifət qanadlarından biri mitinq keçirmək istəuirsə, buyursun keçirsin. Qüvvəsini göstərsin, şüarlarını səsləndirsin. Yeni Azərbaycan Partiyası mitinq keçirmək istəyərsə, öz tərəfdarları ilə keçirə bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Yeni Azərbaycan Partiyasının Siyasi Şura Üzvü, deputat Aydın Mirzəzadə Demokratiya Uğrunda İttifaqın təsisçilərindən olan Mirmahmud Mirəlioğlunun YAP-ın da Madrid prinsipləri ilə bağlı mitinqə qoşulması təklifinə münasibət bildirərkən deyib. YAP-çı deputat onu da bildirib ki, DUİ yetkililəri əvvəlcə Madrid prinsiplərinin Azərbaycanın maraqlarına ziddi olduğunu sübut etsinlər. Onun sözlərinə görə, əgər bu gün Azərbaycan Ermənistanla danışıqları Madrid prinsipləri ilə aparırsa və ortada müəyyən irəliləyişlər varsa, nəyə görə bunu maraqlarımıza zidd hesab edirlər? Ona görə də A.Mirzəzadə hesab edir ki, YAP-la DUİ-nin məsələyə münasibəti fərqlidir: ?Çox qəribə görsənir ki, müxalifətçilər bizi bəyəndiyimiz bir şeyin əleyhinə getmək üçün mitinqə dəvət edirlər. Hesab edirəm ki, həm Qarabağ, həm də Madrid prinsipləri ilə bağlı siyasi partiyalar kifauət qədər öz mövqelərini bildiriblər?.