Filarmoniyada klassik musiqi gecəsi keçiriləcək
Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi gecəsi düzənlənəcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı Filarmoniyanın musiqi şöbəsindən Zəkəriyyə Ayla verib. Deyib ki, hazırda Filarmoniyanın mövsüm açılışına hazırlıqlar gedir. Bu mövsümdə səhnəyə ilk olaraq solist Emil Əfrasiyab çıxacaq. Konsert sentyabrın 11-də baş tutacaq. Gecə iki hissədən ibarət olacaq. Birinci hissədə klassik musiqi, ikinci hissədə isə cazla müxtəlif janrların sintezindən ibarət musiqilər səslənəcək.
Qeyd edək ki, konsertdə E.Əfrasiyabı dirijor Fəxrəddin Kərimov və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47