Sentyabrın 5-də dünya çempionatının seçmə mərhələ oyununda Lənkəranda Finlandiyayla qarşılaşacaq milli komandamız sabah cənub bölgəsinə yola düşəcək. Qol.Az-ın məlumatına görə, millimiz Lənkəranda olduğu müddətdə ?Xəzər-Lənkəran?ın bazasında məskunlşacaq. Millimiz məşqlərini Lənkəran şəhər stadionunda keçəcək.