17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarını idarə edəcək hakimlərdən biri də, FİFA referesi Venera Muradova olacaq. Avropa çempionatı oktyabrın 23-dən 30-dək Serbiyada keçiriləcək. Çempionatın 10-cu qrupunun oyunlarında ədalət prinsiplərini qoruyacaq hakim Venera Muradova bu qrupda yer alan Ermənistanın da, matçını idarə edə bilər.