Abdulla Şaiq adına Kukla Teatrının yaradıcı kollektivi sentyabrın 1-dən etibarən iş başında olacaq. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru Rəhman Rəhmanov verilib. ?Sabah yay məzuniyyəti başa çatır. Sentyabrın 1-dən etibarən hamı işdə olacaq. Teatrın yeni mövsümü isə sentyabrın 15-də olacaq. Hamı kimi bizdə teatr bayramımızı açıq elan edib yeni mövsümdə səhnələşdiriləcək tamaşalar üzərində işləyəcəyik?. R.Rəhmanov onu da bildirdi ki, bu mövsümdə balaca tamaşaçıları yeni sürpizlər gözləyir.