Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti müzakirə olunaraq, bu yöndə görüləcək işlər barəsində partiya qurumlarına tapşırıq və tövsiyyələr verilib. Vətəndaş Hərəkatı nəzdində ?Seçki Məcəlləsi? və ?Bələdiyyələr Haqqında? Qanuna əlavə və dəyişikliklər barədə təkilflərin hazırlanması işinin gedişatı haqqında məlumat verilib. Divanda gənc bloggerlərin ? Emin Milli və Adnan Hacızadənin sentyabrın 4-də keçiriləcək məhkəməsi haqqında da fikir mübadiləsi aparılıb, məsələnin diqqətdə saxlanılması qərara alınıb. Ölkədəki misli görünməmiş korrupsiya, məmur özbaşınalığını əks etdirən və ona qarşı mübarizənin təşkili haqda Müsavat Partiyası adından hazırlanacaq sənəd üzərində işin gedişatı haqqında məlumat verilib.