Kolumbiya prezidenti Alvaro Uribe ?donuz qripi?nə yoluxub
Kolumbiya prezidenti 57 yaşlı Alvaro Uribe A/H1N1 virusuna yoluxub. Xəstəliyin simptomlarının Uribedə hələ avqustun 28-də müəyyən edildiyi bildirilib. O, özünü Cənubi Amerika liderlərinin zirvə toplantısında pis hiss edirmiş.
Xəstəlik müəyyən olunduqdan dərhal sonra prezident xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Kolumbiya prezidnetinin əlaqədə olduğu şəxslər, o cümlədən iştirak etdiyi sammitin iştirakçılarına xəbərdarlıq edilib. Kolumbiyada 621 nəfər "donuz qripi" virusuna yoluxub, onlardan 29-u artıq dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50