Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin ölkə başçısınını da qatıldığı müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar mərasiminə müxalifətdən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da dəvət edilmişdi. Lakin mərasimdən hazırlanan videosüjetdə isə montaj aparılaraq, müxalifətçi deputatı göstərməyiblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən F.Qəzənfəroğlu da ona qarşı bu münasibəti mənfi qarşılayıb: ?Bəli, şeyxin iftar mərasiminə müxalifətdən yalnız məni dəvət eləmişdilər, bircə məni televiziyada göstərmədilər. Bu, AzTV-nin təşəbbüsüdür. Milli Məclisdəki çıxışlarımızı da çox vaxt vermirlər. Yəni bu, açıq-aşkar Milli Məclisə hörmət göstərilməməsinin sübutudur?. Müxalifətdən nəyə görə məhz onu bu mərasimə dəvət edilməsinə gəlincə, Fazil bəy ?Mən dini tədbirlərin əksəriyyətində mütəxəssis kimi iştirak edirəm. Həm də hörmətli şeyx də mənim oruc tutduğumu bilir. Məni də iftar mərasiminə o motivlə dəvət edib. Burada hansısa başqa səbəb görmürəm?,- söyləyib.