Uşaq Teatrı iş başındadı. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru İntiqam Soltan məlumat verib. ?Avqustun sonlarından etibarən Uşaq Teatrı məzuniyyəti başa vurub. Artıq iş başındayıq. Hazırda teatrda qızğın məşq prosesi aparılır. Yeni bir əsər ??imperator? tamaşaçılara təqdim ediləcək. Bu tamaşanın quruluşçu rejissoru Vidadi Əliyevindi?. Direktor onu da bildirib ki, yeni mövsümdə səhnələşdiriləcək əsərlər yanaşı teatrın repertuarında olan bir neçə tamaşalar da yenidən bərpa olunacaq. Qeyd edək ki, hazırda bərpa olunacaq tamaşaların da məşq prosesi aparılır.