Prezident Qusar rayon icra Hakimiyyətinə 6,5 milyon manat pul ayırdı
Prezident İlham Əliyev Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, son illər Qusar rayonunun sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görülüb. Bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi, o cümlədən 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə qərara alınır ki, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə Qusar rayon İcra Hakimiyyətinə 6,5 milyon (altı milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
Sərəncam da o da göstərilir ki, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19