MDB dövlət başçılarının növbəti toplantısı oktyabrın 9-da Kişinyovda keçiriləcək. Bundan bir gün əvvəl isə Moldova paytaxtında MDB xarici işlər nazirləri Şurasının iclası baş tutacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu məlumatı Moldova hökumətinin mətbuat xidməti yayıb. Moldova Nazirlər Komitəsi sammitin keçirilməsi üçün Təşkilat Komitəsi yaradıb. Komitəyə baş nazirin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Andrey Stratan rəhbərlik edəcək. Komitə 10 gün ərzində sammitin və xarici işlər nazirləri Şurasının iclasının keçirilməsi ilə bağlı tədbirlər planını hazırlamalıdır.