Demokratiya Uğrunda İttifaq (DUİ) Madrid prinsiplərinə etiraz olaraq kütləvi etiraz aksiyası keçirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. M.Mirəlioğlu onu da deyib ki, hazırda aksiyanın keçirilməsinə dair digər müxalifət partiyaları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, aksiyada daha çox siyasi təşkilatın iştirakında maraqlıdırlar: ?Hər hansı bir aksiyada daha çox qüvvənin iştirakı onun təsir imkanlarını daha da artırır. Bu baxımdan müxalifət partiyaları ilə aparılan danışıqlar da buna hesablanıb. Oktyabrda prezidentlərin növbəti görüşü gözlənilir və aksiyanı həmin vaxta kimi keçirməyi düşünürük. Yəni bu görüşlər çox uzun sürən bir məsələ deyil. Siyasi partiyalar arasındakı razılaşma olandan sonra mitinqin dəqiq vaxtı və yeri müəyyən ediləcək?.