Sentyabrın 1-də Dövlət Muğam Teatrı iki aydır davam edən məzuniyyətini başa vuracaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru Arif Qazıyev məlumat verib. Direktorun sözlərinə görə, yaradıcı heyət sentyabrın 1-dən etibarən iş başında olsa da, teatr yeni mövsümü ənənəvi olaraq, sentyabrın 15-də açacaq: ?Hazırda yeni mövsümlə bağlı layihələr üzərndə işləyirik. Ən əsası isə bu layihələrin tamaşaçıların xoşuna gəlməsidir. Bir teatr olaraq, biz buna çalışacayıq?.