Sentyabrın 18-19-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 100-cü mövsümün ilk premyerası keçiriləcək. Teatrdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iki gün arxa-arxaya Üzeyir Hacıbəyovun ?Arşın mal alan? tamaşasının yeni səhnə variantı təqdim olunacaq. Qeyd eək ki, teatr rəhbərliyi tamaşanın premyerasının görkəmli bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə keçirilməsini qərara alıb.