Demokratik islahatlar Partiyası bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparıb
Demokratik İslahatlar Partiyasının (DİP) yerli təşkilatlarının - Yevlax, Ağdaş Göyçay və Mingəçevir təşkilatlarının birgə müşavirəsi keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən daxil olub.
Verilən məlumata görə, Yevlaxda keçirilən müşavirədə adıçəkilən təşkilatların rəhbərləri, fəalları və həmçinin partiyanı bu bölgədə təmsil edən Dairə Seçki Komissiyalarının üzvləri iştirak edib. Müşavirədə partiyanın yerli təşkilatlarında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr aparılıb, namizədlərin müəyyənləşdirilməsi, onların təbliğatının qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. Müşavirədə partiyanın mərkəzi aparatının nümayəndələri və Siyasi Şuranın üzvləri də iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51