Müsavatçı gənclərə qarzı təzyiqlər davam edir
Dünən Müsavat Gənclər Təşkilatının ?youtube? internet portalındakı səhifəsi istifadəsiz hala salınıb. Verilən iki xəbərdarlıqdan sonra sentyabırın 8-nə qədər vaxt verilib, əks halda səhifənin bağlanması bildirilir. Əsasən müsavatçı gənclərin yerləşdirdiyi iki video-rolikə görə xəbərdarlıq edilib. Birinci video-rolikdə Xocalıda erməni vəhşilikləri əks olunub. İkinci video-rolikdə isə müəllimin şagirdi sinifdə döyməsi göstərilib. Birinci video-rolikdə ermənilərin vəhşlikləri, ikincidə isə təhsil sistemimizdə baş verən özbaşnalıq, müəllim-şagird münasibətləri görüntüyə alınıb.
Müstəqil İnformasiya Agentliyinin çəbərinə görə, bu iki video-rolikə görə xəbərdarlıq edilməsi, hədə-qorxu, təhdid, təhqir dolu məktublar göndərilməsi müsavatcı gənclərdə narahatlıq yaradıb.
Müsavat Gənclər Təşkilatı virtual arenada özünə olunan bu hucumları ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir və bütün yaradılan problemlərə baxmayaraq, bu sahədə fəaliyyətini daha gücləndirəcək və yeni sürprizlər hazırlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51