Opera və Balet yeni mövsümü ?Koroğlu? ilə açacaq
Sentyabrın 1-də Opera və Balet Teatrı məzuniyyətə əlvida deyib iş başına qayıdır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri Şiküfə Ağamirzəyeva verib.
?Sentyabrın 1-dən sonra bütün teatr heyəti iş başındadır. Opera və Balet Teatrı yeni mövsümdə tamaşaçılarını ?Koroğlu? operası ilə açacaq. Həmin tamaşa bu günə qədər tamaşaçıları təqdim edilən ?Koroğlu?dan bir az fərqlidi. Buna səbəb isə həmin tamaşanın TÜRKSOY dəstəyi ilə ərsəyə gəlməsidir. Tamaşa sentyabrın 18-nə kimi türkdilli ölkələrin Opera və balet səhnələrində nümayiş olunacaq. Sentyabrın 18-də isə növbə Azərbaycanın olacaq?.
Ş.Ağamirzəyevanın sözlərinə görə, bu mövsümdə operasevərləri sürprizlər gözləyir. Tamaşaçılar isə bu sürprizlərdən zamanla hali olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47