Dövlət Mahnı Teatrında təmir işlərinə başlanılıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından verilib. Mahnı Teatrından verilən məlumata görə, aparılan təmir işləri ilk olaraq plana salınmayıb :?Mahnı Teatrı məzuniyyətə yollandı. Aradan bir az keçmiş Mədəniyyət və Turizm Nazirliyi burada təmir işlərinə ehtiyac olduğunu bildirdi. Odur ki, hazırda təmir işləri gedir. Çox guman ki, təmir işləri sentyabr 15-nə kimi başa çatmalıdı. Çünki teatr sentyabrın 15-də yeni mövsümünü açacaq. Məhz həmin günü təmirdən çıxan teatr ocağı musiqiçlərin və tamaşaçıların ixtiyarına veriləcək?.