MDB Xarici izlər Nazirləri Şurasının növbəti iclası oktyabrda keçiriləcək
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının vaxtı və orada müzakirə olunacaq məsələlər müəyyənləşib. Cari ilin oktyabrında Kişinyovda keçiriləcək iclasın gündəliyinə müxtəlif sahələri əhatə edən 20-dək məsələ daxil edilib.
MDB İcraiyyə Komitəsindən bildirilib, xarici işlər nazirləri müdafiə, sərhəd nəzarəti, fövqəladə hallarda və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyət, təhlükəsizliyin möhkəmləndirilməsi, humanitar sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Xarici işlər nazirlərinin müzakirə edəcəyi sərhəd nəzarəti məsələsi bu toplantıdan bir gün əvvəl keçiriləcək MDB-nin üzvü olan ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının iclasında da əsas müzakirə mövzusu olacaq.
Bundan əvvəl xarici işlər nazirləri apreldə Aşqabadda toplaşmış və Birliyin üzvü olan dövlətlərin qarşılıqlı əməkdaşlığını əks etdirən müxtəlif məsələləri müzakirə ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50