Dünya şöhrətli sənətkar, mərhum Niyazinin ev muzeyində klassik musiqi axşamı keçiriləcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən muzeyin direktoru Rza Bayramov tərəfindən verilib. ?Bir ildən artıqdır ki, Niyazinin ev muzeyində ənənə halını alan layihə həyata keçirilir. Burada klassik musiqi axşamı keçirilir. Biz muzey olaraq bu gecəni hər ayın birinci həftəsi qeyd edirik. Hazırda isə sentyabr ayında nəzərdə tutulan musiqi axşamına hazırlıqlar gedir. Gecədə çox gözəl musiqilərə üstünlük verilir. Bundan başqa isə tanınmış sənətkarlar, musiqiçilər və bəstəkarlar qonağımız olur?.