Avropa Şurasının Gənclərlə iz üzrə daimi Komitəsinin yay məktəbi Bakıda keçiriləcək
25-29 avqust 2009-cu il tarixlərində Bakı şəhərində Avropa Şurasının Gənclərlə iş
üzrə daimi Komitəsinin yay məktəbi keçiriləcək. Yay məktəbinin keçirilməsində məqsəd ? Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirmək, gənclərlə iş sahəsində Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasını nəzərdən keçirmək, Avropa Şurasının və Avropa Komissiyasının gənclərlə iş sahəsində həyata keçirdiyi fəaliyyətləri və gənclər siyasətinin təsir mexanizmlərini müzakirə etməkdən ibarətdir.
Yay Məktəbində Avropa Şurasının Gənclər və İdman Direktorluğunun katibliyinin rəhbər
işçiləri, bir sıra ölkələrin gənclərlə iş sahəsində çalışan nazirliklərinin yüksək
vəzifəli məmurları və Avropanın ən böyük gənclər təşkilatlarının rəhbərləri iştirak
edəcəklər.
Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin üzvləri gənclərlə iş sahəsində
çalışan dövlət ve qeyri-hökumət təşkilatlarının nümayədələrindən formalaşır. Komitə
öz fəaliyyəti çərçivəsində gənclər təşkilatları ilə tərəfdaşlıq əlaqələrini qurur və
birgə idarəçilik mexanizmindən istifadə edərək prioritetlər müəyyənləşdirir. Komitə
tərəfindən qəbul olunan təkliflər və fəaliyyət istiqamətləri Avropa Şurasının
qərarverici orqanı olan Nazirlər Komitəsi tərəfindən təsdiqlənir.
Yay məktəbində Avropa Şurasının üzv ölkələrində həyata keçirilən gənclər siyasəti
haqqında məlumat veriləcək, Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasının
təqdimatı keçiriləcək və bu strategiyanın milli səviyyədə icra olunmasının
mexanizmlərinə dair debatlar təşkil olunacaq.
Avropa Şurasının Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbinin açılış mərasimi
25 avqust 2009-cu il tarixdə saat 10:00-da ?Park İnn? mehmanxanasının ?Dan Ulduzu?
zalında keçiriləcəkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50