Mülkiyyət hüquqları pozulmuş Nardaran sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə narazıların gələn aydan aksiya keçirəcəyini bildirib. Hətta o, mitinqə hazırlıq işlərinin görüldüyünü də nəzərə çatdırıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Nardaran Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq isə hər hansı mitinqin keçirilməsi ilə bağlı xəbərsiz olduğunu bildirib: ?Nardaranda aksiya keçiriləndə bu barədə Ağsaqqallar Şurasında qərar qəbul edilir. Hələlik bu barədə qərar yoxdur. Amma Nardaran torpağını nə iqtidar, nə müxalifət, nə də başqa bir qüvvə tuta bilməz. Mitinqə gəldik də isə Nardaranda, İmam Hüseyn meydanında aksiya keçirmək üçün Ağsaqqallar Şurasının qərarı olmalıdır?. Məşədi Natiq onu da vurğulayıb ki, hazırda Nardaran sakinləri mitinq keçirmək əhval-ruhiyyəsində deyillər: ?Nardaran camaatı bütün müsəlmanlar kimi Ramazan əhval-ruhiyyəsindədir. Bu dəqiqə camaat oruc tutur, ibadət edir, aksiya keçirmək barədə düşünmür?.