Süd məhsulları və dondurmaların təkrar müayinəsi zamanı təhlükəli hal aşkarlanmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İ.Abdullayev bildirib ki, təkrar müayinələrin nəticəsi qənaətbəxşdir: ?Ötən ay 60 adda süd məhsulları nümunəsi götürülərək mərkəzin laboratoriyalarında müayinədən keçirilib. Müayinlər nəticəsində iki nümunədə normadan artıq bağırsaq çöpləri aşkar edilmişdi. Həmin nümunələr Nərimanov rayonunda yerləşən mağazadan götürülmüşdü və ?Sevimli Dad? firmasına məxsus qatıq məhsularına aid idi. Nümunələrin təkrar müayinəsi zamanı təhlükəli hal aşkarlanmayıb. Qeyd edim ki, təkrar müayinə üçün nümunələr firmanın istehsal sexindən götürülüb. Bu isə həmin məhsulun mağazalarda düzgün saxlanmadığını göstərir?. İ.Abdullayev deyib ki, dondurmalar üzərində aparılan təkrar yoxlamalar zamanı plombir dondurmasında yaranmış təhlükə də aradan qalxıb: ?Nərimanov rayonunda yerləşən mağazalardan birindən götürülmüş ?plombir? dondurmasında normadan artıq bağırsaq çöpləri aşkarlanmışdı. Təkrar müayinələrin nəticəsində vəziyyətin qənaətbəxş olduğu aydınlaşdı?.