Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Dağliq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara münasibət bildirib. E.Aslanov deyib ki, qondarma ?Dağlıq Qarabağ Respublikası?nın danışıqlarda üçüncü tərəf kimi iştirak etməsi müzakirə obyekti deyil: "Çünki münaqişənin həlli istiqamətində danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Münaqişənin həlli ilə bağlı Azərbaycanın masa ətrafında müzakirə aparacağı tərəf yalnız Ermənistandır. Azərbaycanın 20 faiz torpağı məhz Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən də danışıqlar masası arxasında Azərbaycan ilə Ermənistan əyləşmişlər".