YAP Qaradağ rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı toplantı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov seçkilərlə bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Toplantıda bələdiyyə seçkiləri ilə bağlı YAP Qaradağ rayon təşkilatının 23 nəfərdən ibarət seçki qərargahının yaradılması haqqında qərar qəbul olunub. Eyni zamanda, YAP Qaradağ rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyət planı təsdiqlənib.