Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Əbülfəz Elçibəyin vəfatının 9-cu ildönümüdür. Bununla əlaqədar müxalifət partiyalarının nümayəndələri Elçibəyin məzarını ziyarət ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bəyi ziyarət edənlər onun məzarı önünə əklil qoyub, ruhuna dualar oxuyublar. Mərasimdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və digərləri Elçibəylə bağlı fikirlərini bildiriblər.