Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə əlavə və dəyişiklər edilməsi üçün layihə hazırlayıb. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə məcəllədə dəyişiklik edilməyəcəyini bildirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə müxalifətin hər hansı məsələ ilə bağlı təklif verməsinə normal baxdığını deyib: ?Hesab edirəm ki, onlar, həm mətbuatda, həm parlamentdə belə təkliflərlə çıxış edə bilərlər. Amma məsələ burasındadır ki, təkliflər yeni deyil. Artıq hakim partiya bu təkliflərə arqumentli cavabını verib. Bu baxımdan hesab edirəm ki, bu, müxalifətin köhnə mövzunu yenidən gündəmə gətirmək cəhdidir. Belə olduqda isə onlara köhnə cavablar veriləcək. Biz çox istərdik ki, yeni təkliflər, yeni baxışlar olsun. Təəssüf ki, müxalifətçilər hətta köhnə təkliflərini də əsaslandıra bilmirlər. Çünki arqumentasiya məsələsi müxalifətimizin həmişə zəif yeri olub?. YAP-çı deputat məcəllənin ortaq bir sənəd olduğunu vurğulayaraq, hər bir siyasi qüvvənin marağına uğyun olduğunu nəzərə çatdırıb: ?Hazırkı Seçki Məcəlləsi optimaldır, ümumən seçkiləri keçirməyə imkan verir. Sadəcə, seçkidə iştirak etməyi və cəmiyyəti cəlb edəcək fikirlər səsləndirməyi bacarmaq lazmdır. Bu mənada müxalifət bu istiqamətdə daha çox fikirləşsə, yaxşı olar?.