Məzhur müğənni Selin Dion 41 yazında ikinci dəfə ana olacaq
Kanadanın məşhur pop ifaçısı 41 yaşlı Selin Dion ikinci dəfə ana olmağa hazırlaşır. "Titanik" filmində ifa etdiyi sauntrek ilə bütün dünyada məşhurlaşan müğənni yenidən ana olacağını biləndə özünü dünyanın ən xoşbəxt qadını hiss etdiyini söyləyib.
Müğənninin 67 yaşlı həyat yoldaşı ikinci övladının dünyaya gəlməsi xəbərini sevinclə qarşılayıb və bir neçə il cavanlaşdığını deyib.
Selin Dionun həyat yoldaşı və həm də onun meneceri olan Rene Angelilindən olan ilk övladı- 8 yaşlı Rene-Çarles bu həftədən etibarən ABŞ-ın Florida ştatında məktəbə getməyə başlayıb.
Xatırladaq ki, Rene Angelilin əvvəlki iki evliliyindən 3 övladı var.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47