Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Aryen De Vulfu partiyanın mərkəzi qərargahında qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətə dair fikir mübadiləsi aparılıb, bələdiyyə seçkilərinə hazırlıq və siyasi partiyalar haqqında qanuna nəzərdə tutulan dəyişikliklər haqqında partiyanın mövqeyi qonağın diqqətinə çatdırılıb. Görüşdə həmçinin MDİ ilə ADP arasında əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdəki gələcək perspektivlər də müzakirə olunub.