Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində evlərinin ARDNŞ tərəfindən sökülməsinə etiraz etdikləri üçün həbs edilən Hökməli sakinlərinin taleyi ilə bağlı müzakirə aparıb. Mərkəzdən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, səfirliyin insan hüquqları və demokratiya məsələləri üzrə məsul şəxsi Cuanna Cansonla keçirilən görüşdə hüquq müdafiəçisi həbs edilən kənd sakinlərinin heç bir günahının olmadığını və baş verən olayla bağlı istintaqın birtərəfli aparıldığını bildirib. Görüşdə həmçinin, Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının qorunması məsələsinə də toxunulub. Bundan əlavə görüşdə həbsdə olan gənc bloggerlər Emin Milli və Adnan Hacızadə barəsində də fikir mübadiləsi aparılıb.