Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevə başsağlığı verib. Ölkə başçısı başsağlığı mətnində bildirib ki, Nazranda törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı barədə xəbər prezidenti dərindən sarsıdıb: ?Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara tezliklə sağalmağı arzu edirəm?.