Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi, ölkədə sosial-iqtisadi vəziyyət və vətəndaşların mülkiyyət hüquqlarının pozulması, söz azadlığı məsələləri və gənc bloggerlərin istintaqındakı qanunsuzluq faktları barədə ətraflı fikir mübadiləsi aparılıb. Seçki Məcəlləsinə və Bələdiyyələr haqqında qanuna dəyişiklər və əlavələrlə bağlı təkliflər hazırlamsı məqsədiylə Vətəndaş Hərəkatı nəzdində yaradılmış işçi qrupu haqqında məlumat verilib və Müsavat Partiyasını həmin qurumda Gülağa Aslanlının təmsil etməsi qərara alınıb. Sonda cari məsələlərə baxılıb.