Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il i sərəncamına əsasən görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdiriləcək. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti Müslüm Maqomayevin yaşadığı binaya (Fikrət Əmirov küçəsi, 1) xatirə lövhəsinin vurulmasını təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Bakı şəhərində musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsini təmin edəcək.