iranin yeni səfiri Milli Məclisdə olub
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib.
Milli Məclisin rəsmi internet saytının yaydığı xəbərə görə, görüşdə spiker Dağlıq Qarabağ münaqişəsində İranın dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq, BMT və İKT təşkilatları çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. Spiker ümidvar olduğunu bildirib ki, İran gələcəkdə də bu mövqedən çıxış edəcək.
Səfir isə İranın Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini, bu gün iqtisadi, mədəni, humanitar sahələrdə əldə edilmiş nailiyyətlərin gələcəkdə daha da artırılması üçün lazımi şərait mövcud olduğunu söyləyib.
Xatırladaq ki, İsrail prezidenti Şimon Peresin Bakıya səfəri ərəfəsində İran səfiri Azərbaycanı tərk etmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51