Seçki Məcəlləsi Siyavuz Novruzovla Bahar Muradovanın üz-üzə qoyub
Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsi hakim Yeni Azərbaycan Partiyasında (YAP) fikir ayrılığı yaradıb. Belə ki, vitse-spiker Bahar Muradova Milli Məclisin payız sessiyasında sözügedən qanun layihəsinin müzakirə çıxarılmayacağını və dəyişdirilməyəcəyini bildirsə də, YAP icra katibinin müavini Siyavuş Novruzov isə məcəllənin dəyişdiriləcəyini deyib.
YAP-ın digər nümayəndəsi Aydın Mirzəzadə isə deyib ki, hər halda Bahar Muradova bu məsələ ilə bağlı daha məlumatlı olar: ?Ona görə də hər iki həmkarıma hörmətlə yanaşsam da, Bahar xanımın bu məsələ daha məlumatlı hesab edirəm?.
Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinə gəlincə, A.Mirzəzadə hesab edir ki, bu məcəllə hər üç seçkini- parlament, bələdiyyə, prezident seçkilərini yüksək səviyyədə keçirə bilər. Onun sözlərinə görə, hələ bu məcəllə ilə uzun müddət seçki keçirmək olar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51