ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə yeni tərkibdə regiona səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər. Bu barədə ?İnterfaks-Azərbaycan? agentliyi diplomatik mənbələrə istinadən məlumat verib. İnformasiyaya görə, sentyabr ayının əvvəlində fransalı həmsədr Bernar Fasye regiona səfər etməyi planlaşdırır. Bir neçə gün sonra isə o, regiona həmsədrlərin yenilənmiş tərkibi ilə gələcək. Bu səfərlərin məqsədi Azərbaycan və Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməkdir.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın həmsədr səlahiyyətləri artıq bitib. Onu karyeralı diplomat Tina Kaidanov əvəz edəcək. Bəzi məlumatlara görə, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun da səlahiyyət müdəti başa çatıb. Onun sələfinin kim olacağı açıqlanmır. /ANSPRESS/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50