Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev avqustun 17-də Kvemo Kartli-Borçalı bölgəsinin Marnaul rayonunun Alqeti kəndində (Məscidli) təmiri başa çatan məscidin və ətraf kəndəlri su ilə tmin edən suanbarının açılış mərasimində iştirak edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat daxil olub. Verilən məlumata görə, məscidin bərpası Heydər Əliyev fondunun yardımı nəticəsində mümükün olub. Qeyd edək ki, açılış mərasimində Heydər Əliyev fondunun icraçı direktoru, Kvemo Kartli bölgəsinin qubernatoru və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edəcəklər.