Qondarma Abxaziyanın Qaqre şəhərində törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 7 -si yaralanıb. Ölkənin Daxili İşlər Nazirliyinin müavini Ramin Qablayın sözlərinə görə, partlayıcı qurğu zibil qutusunda olub. Partlayış nəticəsində yaxınlıqda olan bütün adamlar xəsarət alıb. Yaralılar Qaqre şəhər xəstəxanasına yerləşdirilib. Onların səhhəti qənaətbəxşdir, heç bir həyati təhlükələri yoxdur. Bundan başqa, daha 4 nəfər tibbi yardım üçün xəstəxanaya muraciət edib.