?Ölkə üzrə ümumi olaraq taxılla bağlı biçiləcək sahə 1 milyon 92 min 490 hektar təşkil edir. Bu sahələrdən 1 milyon 81 min 351 hektarı biçilib. Bu, ümumi sahənin 99 faizini təşkil edir. Taxıl istehsalı isə 2 milyon 804 min 246 ton olub?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən məlumat verilib. KTN-dən verilən məlumata görə, taxıl biçinində 1 hektardan məhsuldarlıq 25,9 sentner təşkil edir. Son məhsuldarlıq payızda məlum olacaq. Ümumilikdə taxılla bağlı məhsuldarlıq 27 sentiner təşkil edə bilər. O cümlədən, buğdanın biçiləcək sahəsi 806 min 574 hektardır. Ondan 803 min 49 hektarı biçilib. Bu isə ümumi sahənin 99,6 faizini təşkil edib. Buğda istehsalı 2 milyon 129 min 278 ton olub. 1 hektardan məhsuldarlıq 26,5 sentnerdir. KTN-dən onu da bildiriblər ki, taxıl və buğda biçinində kombayınlardan yüksək səviyyədə istifadə edilib: ?Bir az dağlıq zonalarda bu məsələdə problem yaranıb. Səbəbi isə son günlər respublikada havanın qeyri-sabit keçməsidir. Havalar sabitləşəndən sonra çox güman ki, orada cüzi miqdarda qalmış taxıl vəbuğda biçiləcək və kombayınlardan istifadə ediləcək?.