Nazirlik Ermənistanda Azərbaycan filmlərinin festivalının keçirilməsi ilə bağlı hansısa addım atmayacaq
Ermənistanda Azərbaycan filmlərinin festivalının keçirilməsi bir mənalı qarşılanmayıb. Mədəniyyət və Turizm Naziriliyi Ermənistanda keçirilən Azərbaycan filmləri festivalı günlərinə görə adıçəkilən ölkəylə heç bir münasibətə girməyəcək.
Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva Müstəqil İnformasiya Agentliyinə açıqlama verərəkən deyib. ?Bu bizim bir mənalı mövqeyimizdir. Ermənilər Azərbaycan filmlərinin nümayişi üçün bizə müraciət etməyiblər. Onların heç bir təşkilatı ilə əlaqəmiz yoxdur, ola da bilməz?, - deyən Z.Əliyeva onu da bildirib ki, festivalı təşkil edənlər Qeyri Hökümət Təşkilatıdır, nazirlik olaraq onların işinə qarışmaq mümkün deyil.
Nazirlik sözçüsü onu da nəzərə çatdırıb ki, Azərbaycan filmlərinin festivalının keçirilməsinin qarşısını almağa hər hansı inzibati imkanlar yoxdur: ?Onların ixtiyarı var ki, nə istəyirlər onu da edə bilərlər. O mənada ki, onlar yəqin ki, bir layihə həyata keçirdirlər. Mətbuatda gedən yazılara əsaslanaraq onu deyə bilərəm ki, kimsə onlara kömək edir. Bizim ermənilərin Azərbaycan filmləri festivalı keçirdiyinə görə məhkəməyə müraciət etmək fikrimiz yoxdur. Məncə bizim tərəfimizdən düşünülməmiş bir addım olardı. Çünki həmin təşkilat qeyri-hökümət təşkilatıdır, regional layihələr həyata keçirməyə ixtiyarları var?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47