?Azərbacanda son dövrlər siyasi fəaliyyətin bir qədər sönükləşməsi Müsavatın, AXCP-nin, yaxud digər partiyaların fəaliyyətinin sönükləşməsi ilə bağlı deyil. Sadəcə olaraq, bütün bunlar hakimiyyətin normal siyasi fəaliyyətə qoyduğu məhdudiyyətlər üzündən baş verir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı son dövrlər ölkədəki ictimai-siyasi passivliyi şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün ölkədə ictimai rəyin zəifləməsi, siyasi proseslərin aşağı tepmdə getməsi, partiyaların passivləşməsi hakimiyyətin yürütdüyü anti-demokratik siyasətlə bağlıdır: ?Əgər ölkədə normal siyasi fəaliyyət üçün şərait olsaydı, kütləvi etiraz aksiyalarının keçirilməsinə imkan verilsəydi, Azərbaycan müxalifəti daha ciddi fəaliyyət göstərərdi. Fakt odur ki, hakimiyyət bütün demokratik mübarizə üsullarına qadağa qoyub. Bu qadağalar şəraitində də maksimum fəaliyyət imkanları budur. Biz də bunu edə bilirik?.