Koreya gənclərinin Azərbaycana səfəri bazlayır
Artıq 2-ci ildir ki, Azərbaycan və Koreya gəncləri iki ölkə arasında imzalanmış
memaranduma əsasən Azərbaycanlı və Koreyalı gənclər sıx əlaqələr qurur,
bir-birlərinin ölkələrini, tarix və adət ənənələrini daha yaxından tanımağa çalışırlar.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 2250 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən zəruri tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub. Təsdiq edilmiş sənədə əsasən artıq ikinci ildir ki, gənclər mübadiləsi həyata keçirilir.
Mübadilə proqramına əsasən Koreyalı gənclərdən ibarət nümayəndə heyəti
12-22 avqust tarixində ölkəmizdə səfərdə olacaqlar. Səfər çərçivəsində qonaqlar
Azərbaycanın tarixi, mədəniyyəti, dini, təbiəti, adət ənənələri, turizmi, milli
mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Xaçmaz, Quba rayonlarında səfərdə
olacaq, bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında, ali məktəblərdə görüşlər keçirəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50